"Sumqayıt" planlarını açıqladı

"Sumqayıt" planlarını açıqladı

“Sumqayıt” klubunun qış təlim-məşq toplanışının detalları müəyyənləşib.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "kimyaçılar" mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində keçirəcək.

2023-cü il yanvarın 5-dən 18-dək Lara bölgəsində yerləşən “Concord Deluxe” otelində məskunlaşacaq “Sumqayıt” bu müddətdə 2 yoxlama oyununda qüvvəsini sınayacaq. Baş məşqçi Samir Abasov yetirmələrini yanvarın 12-də və 17-dəki matçlarda sınayacaq. Ancaq rəqiblərin kimliyi hələ məlum deyil.

Qeyd edək ki, Premyer Liqanın ilk 16 turunda 9 xal toplayan “Sumqayıt” turnir cədvəlinin sonuncu – 10-cu pilləsində qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər