Antalyada hazırlıqları davam etdirən "Sumqayıt” bu gün ikinci yoxlama matçını keçirib.
Fanat.Az xəbər verir ki, "gənclik şəhəri”nin təmsilçiləri "Akademiya Pandev”lə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.
2010-cu ildə məşhur futbolçu Qoran Pandev tərəfindən yaradılan komanda ötən mövsüm Makedoniya 2-ci liqasında 1-ci yer tutaraq əsas liqaya vəsiqə qazanıb. Pançe Stoyanovun baş məşqçisi olduğu "Akademiya Pandev” hazırda Makedoniya əsas liqasında 4-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, "kimyaçılar” ilk yoxlama oyununda "Konkordiya” ilə qarşılaşmış və 0:1 hesabı ilə məğlub olmuşdular.
28 yanvar
Sumqayıt (Azərbaycan) - Akademiya Pandev (Makedoniya) 1:1
Qollar: Vurğun Hüseynov, 30 - Aleksandr Mişov, 44.
Sumqayıt: 23. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov, 6. Kamal Mirzəyev, 7. Cavid Tağıyev, 9. Amil Yunanov, 14. Bəxtiyar Həsənalızadə, 17. Nicat Qurbanov, 18. Tural Axundov, 19. Azər Salahlı, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 36. Süleyman Süleymanov, 11. Ehtiram Şahverdiyev, 20. Rüfət Abdullazadə, 39. Tural Bayramlı, 70. Ülvi İsgəndərov.
Baş məşqçi: Samir Abasov.
Fanat.Az