"Sumqayıt" növbəti transferini açıqladı

"Sumqayıt" növbəti transferini açıqladı
"Sumqayıt" Cabir Əmirli və Mehdi Şərifidən sonra heyətini növbəti futbolçu ilə gücləndirib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda İran çempionatında çıxış edən "Peykan" klubunun mərkəz müdafiəçisi Höccət Haqverdi ilə cari mövsümün sonuna qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Höccət Haqverdi karyerası ərzində "Peykan" (90 oyun, 4 qol) və İsfahanın "Zob Ahan" (26 oyun) komandalarının uğurları üçün çalışıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər