“Sumqayıt” “Neftçi” ilə oynayacaq

“Sumqayıt” “Neftçi” ilə oynayacaq

Topaz Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar olaraq, komandalar yoxlama matçlarında qüvvələrini sınayacaqlar. Fanat.az xəbər verir ki, artıq 2 klub qarşılaşmaq üçün razılığa gəlib. 

Söhbət "Sumqayıt"la “Neftçi”dən gedir. Sözügedən kollektivlər oktyabrın 8-də üz-üzə gələcəklər.

 

Qeyd edək ki, Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 16:00-da start götürəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər