"Sumqayıt" futbolçusu Yusif Nəbiyevlə yolları ayırıb.
Fanat.Az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, 24 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, U-17, U-19 və U-21 millilərimizdə forma geyinmiş Nəbiyev 2018-ci ildən "Sumqayıt"da çıxış edirdi.