"Sumqayıt" klubunda yeni ayrılıq baş verib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, fiziki hazırlıq üzrə məşqçi Xerar Merino "gənclik şəhəri" təmsilçisi ilə vidalaşıb.

İspan mütəxəssis bu barədə özünün "Instagram" səhifəsində də paylaşım edib: "Bu iki il ərzində heyət üzvü kimi mənə verdiyiniz imkana görə çox təşəkkür edirəm. Hər kəsə - oyunçulara, məşqçi heyətinə, inzibatçılara, texniki işçilərə, azarkeşlərə, klub rəhbərliyinə minnətdaram. Ümid edirəm ki, biz nəvaxtsa yenə görüşəcəyik. Görüşəcəyimiz o günə kimi sizi bağrıma basıram. Şübhəsiz, bundan sonra "Sumqayıt"ın Tarroqonada bir azarkeşi vardır!"
Qeyd edək ki, Xerar Moreno 2020-ci ilin avqustunda "Sumqayıt"la anlaşmışdı.
Mirağa