"Sumqayıt" "Kontakt Home" ilə müqaviləni yeniləyib

"Sumqayıt" "Kontakt Home" ilə müqaviləni yeniləyib
"Sumqayıt" klubu ölkənin ən böyük riteyl şəbəkələrindən olan "Kontakt Home" ilə əməkdaşlıq müqaviləsini daha bir il müddətinə uzadıb.
Müqaviləyə uyğun olaraq, şəbəkə yaxın bir ildə "Sumqayıt"ı elektronika məhsulları ilə təmin edəcək. Müvafiq olaraq "Kontakt Home" klubun ev oyunlarının keçirildiyi "Kapital Bank Arena”da özünün reklam materiallarını yerləşdirəcək. Eyni zamanda iki qurum əməkdaşlıq müddətində birlikdə ortaq ictimai aksiyalar da həyata keçirəcək.
Qeyd edək ki, 2018-ci ildən etibarən klubun partnyorları sırasında yer alan "Kontakt Home" 2006-cı ildən etibarən Azərbaycanın elektronika bazarında fəaliyyət göstərir. Şəbəkə 30-dan çox dünya brendinin ölkəmizdəki rəsmi distribütorudur.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər