"Sumqayıt" "Keşlə"dən ayrılan müdafiəçini heyətinə qatdı

"Sumqayıt" "Keşlə"dən ayrılan müdafiəçini heyətinə qatdı
2019/20 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt” klubu heyətini daha bir futbolçu ilə gücləndirib. 
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, son mövsümü "Keşlə”də keçirən Sertan Taşqınla 2 illik müqavilə imzalanıb. 22 yaşlı müdafiəçi "gənclik şəhəri" təmsilçisində 22 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Sertan Taşqın peşəkar futbolçu karyerası ərzində yalnız "Keşlə”nin heyətində çıxış edib (55 oyun, 4 qol). O, həmçinin Azərbaycanın U-19 (3 oyun) və U-21 millilərinin (11 oyun) şərəfini qoruyub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər