"Sumqayıt" "Kəpəz"lə oyuna neçə itki ilə çıxacaq? - SON DURUM

"Sumqayıt" "Kəpəz"lə oyuna neçə itki ilə çıxacaq? - SON DURUM

Misli Premyer Liqasının 17-ci turunda "Sumqayıt" "Kəpəz"lə qarşılaşacaq. "Kimyaçılar" Gəncə təmsilçisinin müvəqqəti olaraq sığındığı Tovuzdakı görüşə itkilərlə çıxacaq.

Bunu Fanat.Az-a açıqlamasında Sumqayıt təmsilçisinin sözçüsü Zaur Xudiyev deyib:

"Cəzalı futbolçumuz yoxdur. Ayağı qırıldığı üçün uzun müddətə sıradan çıxan Kristian Velinovski ilə yanaşı, Elvin Bədəlov da zədə səbəbindən oynamayacaq. İsa Sulimanla Kasimir Ninqanın isə "Kəpəz"ə qarşı oynayıb-oynamayacağı dəqiq bilinmir".

Qeyd edək ki, sabah reallaşacaq "Kəpəz" - "Sumqayıt" qarşılaşması 15:30-da start götürəcək. Ötən tur "Kəpəz" səfərdə "Qəbələ"ni 3 cavabsız qolla yenibsə, "Sumqayıt" öz meydanında "Qarabağ"a 1:6 hesabı ilə uduzub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər