"Sumqayıt" kapitanı ilə müqaviləni yenilədi - RƏSMİ

"Sumqayıt" kapitanı ilə müqaviləni yenilədi - RƏSMİ

2022/23 mövsümü üçün transfer çalışmalarına start verən "Sumqayıt" futbol klubu kapitanı Vurğun Hüseynovla müqaviləni yeniləyib.

Fanat.Az "gənclik şəhəri" təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi ilə 1 illik yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Vurğun Hüseynov "Sumqayıt"ın tarixində ən çox oyun keçirən futbolçudur. 2013-cü ildə “Xəzər Lənkəran”la oyunda Sumqayıt şəhərinin eyniadlı təmsilçisində debüt edən təcrübəli müdafiəçi ümumilikdə 188 qarşılaşmada meydana çıxıb. O, 2 qol vurmağa da müvəffəq olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər