"Sumqayıt" Ağayevi də rənglərinə bağladı

"Sumqayıt" Ağayevi də rənglərinə bağladı

Təl-Əviv "Hapoel"inin yarımmüdafiəçisi Əmir Ağayevin "Sumqayıt"a keçidi reallaşır.

 

Fanat.Az-ın məlumatına görə, 27 yaşlı oyunçu bu gün "gənclik şəhəri" təmsilçisi ilə münasibətləri rəsmiləşdirəcək.

Dünən ölkəmizə təşrif buyuran İsrailin gənclər millisinin sabiq üzvü tibbi müayinədən uğurla keçib. O, yeni komandası ilə 1,5 illik müqaviləyə qol çəkəcək. Karyerasının böyük hissəsini İsrail çempionatında keçirən Əmir Ağayev üçün Azərbaycan 3-cü ölkə olacaq. Belə ki, o, 2016-cı ildə 6 ay Kiprin "Omoniya" klubunda da oynayıb.

Qeyd edək ki, "Sumqayıt" qış fasiləsində buna qədər Rəşad Əzizli, Adil Nağıyev, Aydın Bayramov, Peyman Babayi və Peyman Keşavarzı heyətinə qatıb.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər