"Sumqayıt" İsayevi yola gətirə bilmir - SƏBƏB

"Sumqayıt" İsayevi yola gətirə bilmir - SƏBƏB
Aleksey İsayev "Sumqayıt”ın yeni müqavilə təklifinə hələ də cavab verməyib.
Fanat.Az-ın əldə etdiyi son məlumata görə, 24 yaşlı yarımmüdafiəçi "kimyaçılar”ın sıralarında yerində saymasından məmnun deyil.
Daha ciddi hədəfləri olan klubda, daha yaxşı pula oynamaq istəyən rusiyalı futbolçu istəyini klub rəhbərliyinə də çatdırıb. Onu razı salmağa, "Sumqayıt”da saxlamağa çalışan klub prezidentinin – Riad Rəfiyevin vədləri isə indilik effektsiz alınır.
Qeyd edək ki, Alekseylə "Qarabağ”la yanaşı, Rusiyanın aşağı liqasında çıxış edən 2 klub da maraqlanır.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər