"Sumqayıt" ilk transferini rəsmiləşdirdi

"Sumqayıt" ilk transferini rəsmiləşdirdi

"Sumqayıt" dövrələrarası fasilədə ilk futbolçu keçidini gerçəkləşdirib.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, son olaraq Gürcüstanın "Telavi" klubunda çıxış etmiş Vüqar Bəybalayevlə 2,5 illik müqavilə imzalanıb.

28 yaşlı yarımmüdafiəçi 15 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, 2017/2018 mövsümündə də "Sumqayıt"da çıxış etmiş Vüqar Bəybalayev həmin müddətdə ümumilikdə 24 oyuna çıxıb. O, "Telavi" ilə yanaşı, "Bakı", "Xəzər Lənkəran", "Rəvan" və "Səbail"in heyətində də yer alıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər