"Sumqayıt" futbolçusu ilə müqaviləni ləğv etdi - RƏSMİ

"Sumqayıt" futbolçusu ilə müqaviləni ləğv etdi - RƏSMİ
"Sumqayıt" klubu futbolçusu Mehdi Şərifi ilə yollarını ayırıb. 
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı iranlı hücumçunun müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib. 
Qeyd edək ki, Mehdi Şərifi 2019-cu ilin avqustunda "Sumqayıt"a keçib. Onun klubla daha bir illik müqaviləsi var idi. 
Daha əvvəl "Sumqayıt"ın futbolçularından Şəhriyar Əliyev "Keşlə"yə, Elvin Cəfərquliyev "Qarabağ"a keçib. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər