"Sumqayıt" daha bir futbolçusu ilə yolları ayırdı - Samir Abasov açıqladı

"Sumqayıt" daha bir futbolçusu ilə yolları ayırdı - Samir Abasov açıqladı

Qış fasiləsində böyük dəyişikliklərin olacağı gözlənilən "Sumqayıt"da daha bir futbolçunun gedişi reallaşıb.

Bu barədə Fanat.Az-a komandanın baş məşqçisi Samir Abasov açıqlama verib. 

"İki futbolçu ilə yollarımızı ayırmışıq. Araz Abdullayevdən başqa, serbiyalı Damian Daniçiçin də mövsümün ikinci yarısında bizimlə olmayacağı dəqiqdir. Yenə gedənlər ola bilər. Bu, yeni transferlərdən asılı olacaq".

Qeyd edək ki, 21 yaşlı Damian Daniçiç yayda "Sumqayıt"a keçmişdi. O, "gənclik şəhəri" təmsilçisinin heyətində 12 (11 Premyer Liqa, 1 kubok) oyun keçirib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər