“Sumqayıt” Cənnətovla müqavilə imzaladı

“Sumqayıt” Cənnətovla müqavilə imzaladı

2023/24 mövsümü üçün transfer çalışmalarına start verən “Sumqayıt” FK ilk futbolçu keçidini reallaşdırıb.

Fanat.Az xəbər verir ki, sözügedən klub son mövsümü “Zirə”də keçirmiş qapıçı Mehdi Cənnətovla 3 illik müqavilə imzalayıb.

2017-2020-ci illərdə də bu komandanın şərəfini qorumuş Cənnətov həmin müddət ərzində 63 oyun keçirib. Milli komandada 1 matçda iştirak etmiş 31 yaşlı qapıçı son iki mövsümdə “Zirə”nin heyətində 47 qarşılaşmada meydanda olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər