“Sumqayıt” baxışa iki futbolçu dəvət edib

“Sumqayıt” baxışa iki futbolçu dəvət edib
Yeni mövsümə hazırlaşan "Sumqayıt” klubu baxışa iki futbolçu cəlb edib.
Fanat.Az xəbər verir ki, ötən mövsümü müvafiq olaraq, "Keşlə” və "Şüvəlan”da keçirən Elnur Cəfərovla Akif Tağıyev baxışdadır. Baş məşqçi Ayxan Abbasov yaxın günlərdə hər iki yarımmüdafiəçi ilə bağlı qərar verəcək.
Qeyd edək ki, "Sumqayıt” yay fasiləsində Vüqar Mustafayev ("Zirə”), Amil Yunanov, Sərtan Taşqın (hər ikisi "Keşlə”) və Elgün Nəbiyevi ("Sabah”: icarəyə) heyətinə götürüb.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər