"Sumqayıt" baş məşqçi dəyişikliyi ərəfəsində

"Sumqayıt" baş məşqçi dəyişikliyi ərəfəsində

"Sabah”la qarşıdakı çempionat oyunu Ayxan Abbasov üçün sonuncu ola bilər.

Fanat.Az-ın məlumatına görə, ötən tur texniki zonadan uzaqlaşdırılan mütəxəssisin işi rəhbərliyi qane etmir. Abbasov özü də belə desək, "kreslosundan ikiəlli yapışmayıb”. Premyer Liqanın 21-ci turunda "Sabah”dan alınacaq növbəti yenilgi "kimyaçılar”ın baş məşqçi postunda dəyişikliyi qaçılmaz edəcək.

Autsayder uğursuzluq zolağından həftəsonu çıxa bilməsə, radikal addım atılacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər