Avropa Liqası: "Sumqayıt"ın "siftə"sini evində korladılar

Avropa Liqası: "Sumqayıt"ın "siftə"sini evində korladılar
Bu gün "Sumqayıt" Avropa Liqasının I təsnifat mərhələsində avrokuboklardakı debüt matçına çıxıb.
Fanat.Az xəbər verir ki, "kimyaçılar" Şimali Makedoniya "Şkendiya"sı ilə qarşılaşıb.
"Kapital Bank Arena"dakı görüş saat 20:00-da başlayıb. Meydan sahibləri qitəmiqyaslı turnirlərdəki ilk matçında üzləri güldürməyib. Ayxan Abbasovun komandası rəqib qapısına yol tapa bilmədən uduzub və mübarizəni dayandırıb.
Avropa Liqası
I təsnifat mərhələsi
27 avqust
Sumqayıt (Azərbaycan) - Şkendiya (Şimali Makedoniya) 0:2
Qollar: Besart İbraimi, 55; Lyupçe Doriev, 89 - pen.
Qırmızı vərəqə: Tellur Mütəllimov, 89 (Sumqayıt)
Hakimlər: Arman Esmuratov, Sergey Vasyutin, Samat Terqevsizov, Jandos Abjan (Qazaxıstan).
Sumqayıt, "Kapital Bank Arena”.
 
Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 5. Camaləddin Xocaniyazov, 6. Vüqar Mustafayev, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 10. Rəhim Sadıxov, 14. Elvin Bədəlov, 18. Süleyman Əhmədov, 60. Elvin Məmmədov, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 4. Kərəm Sultanov, 8. Səbuhi Abdullazadə, 17. Murad Xaçayev, 20. Rüfət Abdullazadə, 21. Adəm Həmati, 33. Eltun Turabov.
Baş məşqçi: Ayxan Abbasov.
Şkendiya: 1. Kostadin Zahov, 3. Antonio Paviç, 4. Eqzon Beytulyay, 7. Besart İbraimi, 8. Ennur Totre, 10. Valen Ahmedi, 14. Lyupçe Doriev, 16. Mevlan Murati, 19. Bruno Dita, 20. Yan Krivak, 28. Omar İmeri.
Ehtiyat oyunçular: 40. Bekim Recepi, 15. Leard Sadriu, 17. Arbin Zeynulay, 22. Ziya Mərcani, 24. Mecit Neziri, 34. Əbubəkr Əs-Sahal, 77. Florent Ramadani.
Baş məşqçi: Ernest Qyoka.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər