“Sumqayıt” Antalyada son məşqinə çıxdı

“Sumqayıt” Antalyada son məşqinə çıxdı

“Sumqayıt” bu gün Antalya toplanışında sonuncu məşqini keçirib.

Fanat.Az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Samir Abasovun yetirmələri sabah qardaş ölkədə ikinci yoxlama oyunu çərçivəsində Rusiyanın “Krılya Sovetov”la üz-üzə gələcək.

Yanvarın 17-də "Titanic Mardan" hotelinin idman kompleksində baş tutacaq qarşılaşmaya yerli vaxtla saat 14:30-da start veriləcək.

Xatırladaq ki, “Sumqayıt” daha öncə Antalyada Serbiya təmsilçisi “Radnik”lə qarşılaşıb və 2:1 hesablı qələbəyə sevinib.

Komanda yanvarın 18-də vətənə qayıdacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər