"Sumqayıt" Aleksey Baqa ilə vidalaşdı - RƏSMİ

"Sumqayıt" Aleksey Baqa ilə vidalaşdı - RƏSMİ

“Sumqayıt” klubu əsas komandanın baş məşqçisi Aleksey Baqa ilə yollarını ayırıb.

Fanat.Az "gənclik şəhəri" təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Klub belaruslu baş məşqçiyə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Aleksey Baqa 2021-ci ilin dekabrında baş məşqçi təyin olunmuşdu. "Sumqayıt" cari mövsüm 7 oyundan sonra 3 xalla 9-cu pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər