"Sumqayıt" "9-luğ"a düşdü

"Sumqayıt" "9-luğ"a düşdü

“Sumqayıt” Premyer Liqada 150-ci məğlubiyyətini alıb.

Fanat.Az xəbər verir ki, bu, 18-ci turun “Zirə” ilə matçına təsadüf edib. 0:1 hesabı ilə uduzan “Gənclik şəhəri” təmsilçisi 317-ci görüşündə “150”yə çatıb.

Sumqayıtın eyniadlı təmsilçisi məğlubiyyətlərin 64-nü evdə, 86-nı səfərdə alıb.

Ölkə çempionatları tarixində bunadək 8 klub 150 və daha çox matçda uduzub. “Sumqayıt” buna çatan 9-cu komandadır. Antirekord isə fəaliyyətini dayandıran “Turan”a məxsusdur. Tovuzlular 222 dəfə yenilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər