"Sultanlar" Avropa çempionatında rəqib tanımır

"Sultanlar" Avropa çempionatında rəqib tanımır

Türkiyənin qadın voleybolçulardan ibarət voleybol yığması Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb.

Fanat.Az xəbər verir ki, "ay-ulduzlular" 1/4 finalda Polşanı 3:0 hesabı ilə məğlub edib.

Beləliklə, "sultanlar"ın AÇ-də qələbə seriyası 7-yə çatıb. Bundan əvvəl Çexiyanı yolundan uzaqlaşdıran qardaş ölkə seçməsi D qrupu çərçivəsində keçirdiyi oyunlarda Rumıniya, Ukrayna, İsveç, Finlandiya və Niderlandı yenib. Türkiyəli xanımlar rəqiblərinə cəmi 2 set verib.

Covanni Quidettinin komandası yarımfinalda bu gün baş tutacaq Serbiya - Fransa qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniyanın ev sahibliyi etdiyi Avropa çempionatına sentyabrın 4-də yekun vurulacaq.

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər