Türkiyə Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilir. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor" evdə meydana çıxıb.
Manisa təmsilçisi "Qalatasaray"la qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib - 1:1. İlk oyunda 45 dəqiqə mübarizə aparan Subaşiçin adı cavab görüşünün iştirak ərizəsinə belə daxil edilməyib.
Beləcə, ilk oyunda 4:0 hesabıyla qalib gəlmiş Super Liqa təmsilçisi daha üstün (5:1) olduğuna görə, yarımfinala vəsiqə qazanıb.
Fanat.az