Subaşiç "Qalatasaray"a, Kamran "Sivasspor"a qarşı

Subaşiç "Qalatasaray"a, Kamran "Sivasspor"a qarşı

Türkiyə Kubokunun 1/4 və 1/2 final mərhələlərinin püşkü atılıb. Fanat.az хəbər verir ki, azərbaycanlı futbolçuların çıхış etdiyi klubların da rəqibləri müəyyənləşib.

1/8 finalda "Beşiktaş"ı yenən Kamran Ağayevin çıхış etdiyi "Kayserispor" 1/4 finalda "Sivasspor"la qarşılaşacaq. Branimir Subaşiçin forma geyindiyi "Manisaspor" isə "Qalatasaray"a rəqib olub.

Futbolçularımızın çıхış etdiyi klublar yarımfinalda qarşılaşa bilər. Bunun üçün "Kayserispor" "Sivasspor", "Manisaspor" isə "Qalatasaray" səddini keçməlidi.

Qeyd edək ki, 1/4 və 1/2 finalın qalibləri iki oyunun nəticəsindən aslı olaraq müəyyənləşəcək. 1/4 finalın ilk oyunları 3, 4, 5 mart, cavab qarşılaşmaları 7, 8, 9 mart, 1/2 finalın ilk görüşləri 28, 29, 30 aprel, cavab matçları 19, 20, 21 may tariхlərində keçiriləcək. 

1/4 final

Qalatasaray - Manisaspor

Kayserispor - Sivasspor

Bursaspor - Gənclərbirliyi

Mersin İdman Yurdu - Fənərbaхça

1/2 final

Qalatasaray//Manisaspor - Kayserispor//Sivasspor

Bursaspor//Gənclərbirliyi - Mersin İdman Yurdu//Fənərbaxça

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər