Türkiyə Kubokunda II turun oyunları davam etdirilir. Fanat.az xəbər verir ki, Branimir Subaşiçin çıxış etdiyi "Orduspor" bu gün meydana çıxıb.
Ordu təmsiçisi "Gölcükspor" klubunun qonağı olub. Oyunun əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Belədə qalib penalti seriyasında müəyyənləşib. 11 metrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən "Orduspor" mərhələ adlayıb - 5:4.
Son çempionat matçını zədə səbəbindən buraxan Branimir Subaşiç start heyətində yer almasa da, 75-ci dəqiqədə Hasan Üçüncünü əvəzləyib.
Türkiyə
Kubok, II tur
1 oktyabr
Gölcükspor - Orduspor 0:0 (pen - 4:5)
Orduspor: Valeri Fomiçev, Mustafa Tuna, Canberk Dilaver, Adem Sağlam, Ufukhan Bayraktar, Hasan Üçüncü (Branimir Subaşiç. 75), Hüseyn Kuday (Emre Aygün, 86), Bilal Türkgüler (Selahattin Özkan, 90), Reha Kurt, Ziya Alkurt, Faruk Bayar.
Ehtiyat oyunçular: Kaan Kars, Bakari Soro, Eren Özen, Deniz Boztepe.