Stiven Cerrard "Aston Villa"nın baş məşqçi təyin olunub.
Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.
O, bu postda üç gün əvvəl istefaya göndərilmiş Din Smiti əvəzləyib.
"Sky Sport" Cerrardla 2024-cü ilin iyununadək müqavilənin bağlanıldığını yazıb.
Qeyd edək ki, Stiven Cerrard son klubu "Reyncers" klubu olub. 2018-ci ildə baş məşqçi təyin olunduğu komandaya 2020/2021 mövsümündə Şotlandiya çempionluğu qazandırıb.