Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin “Qalatasaray” futbol klubuna sponsorluq edəcəyi barədə məlumat vermişdik. Türkiyə mətbuatının iddiasına görə, tərəflər arasında danışıqlar yaxın 10 gün ərzində yekunlaşmalıdı. Anlaşmanın dəyəri illik 20 milyon avro göstərilir.
Məsələyə aydınlıq gətirmək üçün SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevlə əlaqə saxladıq. Quliyev xəbəri təkzib etdi: “Bu məsələ bizim gündəmimizdə deyil”.
Publika.az