Sneyder "Qalatasaray"ın məşqinə qatılmadı

Sneyder "Qalatasaray"ın məşqinə qatılmadı

"Qalatasaray" 2016/2017 mövsümünün hazırlıqlarına start verib.

Qol.az-ın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi bu gün ilk məşqinə çıxıb.

Komandanın hollandiyalı futbolçusu Uesli Sneyder məşqə qatılmayıb. Bu hərəkətinə görə Sneyderə pul cəzası kəsiləcəyi bildirilir.

Qeyd edək ki, Sneyder daha öncə klub prezidenti Dursun Özbəyin bəzi qərarlarına qarşı çıxdığı üçün tərəflər arasında soyuq münasibətin yarandığı iddia olunur.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər