Sneyder "Qalatasaray"dan getdi - RƏSMİ

Sneyder "Qalatasaray"dan getdi - RƏSMİ

"Qalatasaray" futbolçusu Uesli Sneyder klubdan ayrılıb. 

 

Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

 

Hollandiyalı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

 

Sneyder 2017/2018 mövsümü üçün alacağı maaşdan imtina edib. 3 il ərzində Türkiyədə başqa bir kluba transfer olunacağı təqdirdə isə"Qalatasaray"a 20 milyon avro təzminat ödəyəcəyi deyib.

Qeyd edək ki, Sneyder ötən mövsüm "Qalatasaray"in heyətində 33 matçda meydana çıxıb və 5 qol, 17 ötürmə ilə yadda qalıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər