"Qalatasaray"ın hollandiyalı futbolçusu Uesli Sneyder komandadan gedəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Fanat.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi İstanbul klubunda xoşbəxt olduğunu və heç yerə getmək istəmədiyini bildirib.
Sneyder "sarı-qırmızılar"ın avrokuboklardan 1 il uzaqlaşdırılmasına rəğmən komandada qalacağını açıqlayıb: "Təbii ki, üzücü olaydı. Amma cəzanın müddəti 2 il də olar bilərdi. "Qalatasaray" daima Avropa səhnəsində çıxış etməlidi. Buna görə də məyusuq. Mən klubda xoşbəxtəm. Çətin günlərdə komandamla mübarizə aparıb və klub üçün çalışmağa davam edəcəm".
Bundan başqa Sneyder Çinə gedəcəyi ilə bağlı xəbərləri də yalanlayıb.
Fanat.az