Slovakiyanın ulduzu: "Azərbaycandan 6 xal almalıyıq"

Slovakiyanın ulduzu: "Azərbaycandan 6 xal almalıyıq"

Slovakia seçməsinin ulduzu Marek Hamşik AÇ-2020-nin püşkatmasının nəticələri haqda danışıb.

 

 

Fanat.Az xəbər verir ki, millimizlə eyni qrupda yer alan yığmanın yarımmüdafiəçisi komandamızı asan rəqib adlandırıb: "Çətin bir qrup olduğunu düşünürəm. Xorvatiya şübhəsiz favoritdir. Uels də bizim üçün asan komanda olmasa da, oynaya bilərik. Ən çox Macarıstana qarşı oyunları gözləyirəm. Qonşularımıza qarşı matçlar çox maraqlı keçəcək. Çünki onların əla azarkeşləri var. Azərbaycan çətin rəqib deyil. Amma biz onları qiymətləndirməliyik. Rəqibi aşağılamaq olmaz. Bununla belə, Azərbaycanla matçlarda 6 xal almağa borcluyuq”.

Qeyd edək ki, AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan Xorvatiya, Uels, Slovakia və Macarıstanla eyni qrupda mübarizə aparacaq.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər