Slovakiya - Azərbaycan matçının vaxtı açıqlandı

Slovakiya - Azərbaycan matçının vaxtı açıqlandı
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Slovakiya – Azərbaycan oyununun başlanma vaxtı müəyyənləşib.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Nitra şəhərindəki eyniadlı stadionda oktyabrın 8-də təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. 
Qeyd edək ki, Azərbaycan millisi 2-ci qrupda 7 oyundan sonra 6 xalla 4-cü pillədə qərarlaşıb. 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər