Slavik Alxasov yenidən "Neftçi"də - ÖZƏL

Slavik Alxasov yenidən "Neftçi"də - ÖZƏL

"Neftçi" ikinci transferini rəsmiləşdirib. Fanat.az xəbər verir ki, paytaxt klubu Slavik Alxasovu geri qaytarıb.

Artıq "Neftçi" və "Xəzər Lənkəran" arasında razılıq əldə olunub. Paytaxt klubu cənub təmsilçisinə pulsuz verdiyi müdafiəçini transfer haqqı ödəmədən geri qaytarıb. Rəsmi müqavilə yaxın günlərdə imzalanacaq.

Qeyd edək ki, qış fasiləsinədək "Sumqayıt"da (15 oyun, 1276 dəqiqə, 1 qol) icarə əsasında çıxış edən Alxasov transfer pəncərəsi dövründə "Xəzər Lənkəran"a keçmişdi. O, mövsümün sonunadək 10 dəfə ağ-yaşıl formanı geyinib və 795 dəqiqə oynayıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər