"Qalatasaray" heyətinə daha bir futbolçu qatıb. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, "Cim-Bom" Portuqaliyanın "Portu" klubuna məxsus Sinan Bolatı icarəyə götürüb. Türk qapıçı 2014/15 mövsümündə "sarı-qırmızı" formanı geyinəcək. Bunun qarşılığında "Portu"ya pul ödənməyəcək. Sinan özü isə mövsüm ərzində 1.3 milyon avro maaş və 20 min avro matçbaşı alacaq.
Qeyd edək ki, ötən il "Portu"ya transfer olunan Sinan A komandasında debüt etməyib. 2013/14 mövsümünün ikinci yarısında "Kayserispor"a icarəyə verilən 25 yaşlı qolkiper 14 oyunda 1260 dəqiqə oynayıb. O, əvvəllər Belçikanın "Genk" və "Standard" klublarında oynayıb, Türkiyənin A millisində 6 oyun keçirib.
Fanat.az