Sezar Meza Kolli Azərbaycan klubunda - RƏSMİ

Sezar Meza Kolli Azərbaycan klubunda - RƏSMİ

“Zirə” Sezar Meza Kollini heyətinə qatıb. 

Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.

Paraqvaylı futbolçu ilə müqavilə cari mövsümün sonuna qədər nəzərdə tutulub. Yayada y cənubi amerikalı yarımmüdafiəçi ilə sözləşmənin yenilənib-yenilənməyəcəyinə "qartallar" qərar verəcəklər.

Meza Koli "Zirə"yə azad agent qismində qoşulub. O, bu ilin yanvarın 31-dən, "Ohod"u (Səudiyyə Ərəbistanı) tərk etdikdən sonra klubsuz idi. 

Xatırladaq ki, 2016/17 mövsümündə "Zirə"nin şərəfini qorumuş futbolçu ölkəmizdə “Şamaxı” və “Neftçi”nin, İtaliyanın “Çezena”, “Pavia”, İspaniyanın “Alaves”, Rumıniyanın “Unversitad Krayova, Səudiyyə Ərəbistanının “Ohod” klublarında çıxış edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər