Sergey Rebrov "Neftçi"dən danışdı

Sergey Rebrov "Neftçi"dən danışdı
Kiyev "Dinamo"sunun baş məşqçisi Sergey Rebrov "Neftçi"dən danışıb. Fanat.az xəbər verir ki, Ukrayna klubunun çalışdırıcısı 2:2 hesabı ilə başa çatan yoxlama oyunundan sonra təmsilçimizi tərifləyib: 
"Neftçi" güclü komanda idi. Bizim üçün heç də asan olmadı. Hər kəs bizim rahat oynayacağımızı düşünürdü. Amma belə olmadı. 2:2 bərabərlik oyunun düzgün nəticəsi idi. İki qol buraxmağımıza səbəb müdafiədə olan səhvlərimiz idi. Həmçinin, rəqib zəif və ya sıradan bir komanda deyildi. “Neftçi” Avropa Liqasına hazırlaşır. Onlar artıq 17 gündü təlim-məşq toplanışına başlayıblar. Bizə baxanda daha hazırlıqlı idilər. Komandamızın müdafiədəki səhvləri üzərində işləyib onları düzəltməyə çalışacağıq”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər