Şenol Güneş azərbaycanlı azarkeşlərdən dəstək istədi

Şenol Güneş azərbaycanlı azarkeşlərdən dəstək istədi

Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Bakıya səfəri zamanı azərbaycanlı azarkeşlərə müraciət edib.

Fanat.Az-ın məlumatına görə, AFFA-nın rəsmi "feysbuk" səhifəsində çalışdırıcının çağırışı yerləşdirilib.

Güneş gələn il baş tutacaq Avropa çempionatı üçün bütün azarkeşləri Bakı Olimpiya Stadionunda gözlədiklərini deyib: "Türkiyədəki futbolsevərlərlə, eyni zamanda Azərbaycandakı qardaşlarımızla birlikdə qrupdan çıxmaq istəyirik. Gözəl matçlar bizi gözləyir. Hər kəs biletini alsın və bizimlə bərabər olsun".

Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.

Avro-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri qarşılaşacaq. Tərəflər Romadakı "Olimpiko" stadionunda münasibətlərinə aydınlıq gətirəcək.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər