Semih Şentürk "Fənərbağça"dan ayrıldı

Semih Şentürk "Fənərbağça"dan ayrıldı

"Fənərbağça"nın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Semih Şentürk vəzifəsindən ayrılıb.

Fanat.Az xəbər verir ki, bu barədə 41 yaşlı mütəxəssis özü sosial şəbəkə hesabında bildirib.

O, 2023-cü ildən bu yana "sarı-lacıvərdlilər"in U-19 komandasını çalışdırırdı.

Qeyd edək ki, Şentürk futbolçu kimi 2001-2013-cü illər aralığında "Fənərbağça"da çıxış edib və bu müddət ərzində meydana çıxdığı 205 matçda 56 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər