Səmədov "Lokomotiv"ə qayıtdı - RƏSMİ

Səmədov "Lokomotiv"ə qayıtdı - RƏSMİ
Rusiya millisinin sabiq yarımmüdafiəçisi Aleksandr Səmədov yenidən "Lokomotiv”ə qayıdıb.
 
Fanat.Az Moskva təmsilçisinin saytına istinadən xəbər verir ki, əslən azərbaycanlı olan Səmədov klubun gənclər üzrə seleksiyaçısı funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Aleksandr 2005-2008 və 2012-2016-cı illərdə "Lokomotiv"də oynayıb. Ümumilikdə, bu komandada 215 matça çıxan və 37 qol vuran yarımmüdafiəçi 2019-ci ilin yayında karyerasını bitirib.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər