Səmədov İslamiadada onlara şans verəcək

Səmədov İslamiadada onlara şans verəcək

Kişi voleybolçulardan ibarət Azərbaycan yığmasının Türkiyənin Konya şəhərindəki İslamiadada iştirak edəcək heyəti məlum olub.

Fanat.Az xəbər verir ki, millinin baş məşqçisi Pərviz Səmədov iştirak ərizəsinə 14 voleybolçunun adını daxil edib:

Tural Həsənli, Roman Qurski, Yeqor Nikulenko, Aqil Ağazadə, Vüqar Bayramov, Ramazan Ağabəyov, Dmitri Baranov, Cavid Süleymanov, Mərdan Məmmədov, Yusif Bünyatov, Andrey Melnikov, Emil Abdullayev, Kənan Allahverdiyev, Andrey Vasilenko.

Qeyd edək ki, Azərbaycan yığması İslam Həmrəyliyi Oyunlarında Sudan, Kamerun və Mərakeş milliləri ilə birgə A qrupunda yer alıb. Seçməmiz ilk görüşünü avqustun 9-da Bakı vaxtı ilə 11:00-da Sudan komandasına qarşı keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər