Şəkidəki qəzada “Qəbələ”nin əməkdaşı ağır xəsarət alıb

Şəkidəki qəzada “Qəbələ”nin əməkdaşı ağır xəsarət alıb
Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacı budağının qırılaraq yerə düşməsi nəticəsində xəsarət alanlardan biri "Qəbələ" futbol klubunun əməkdaşıdı.
Fanat.Az xəbər verir ki, İlkin Məmmədov adlı klub əməkdaşı ağır dərəcəli kəllə beyin travması alıb. Həmçinin sağ ayağı sınıb.
İlkin Məmmədov və daha 3 yaralı Fövqəladə Hallar Nazirliyinin helikopter ilə Bakıya gətirilib.
Qeyd edək ki, hadisə bu gün saat 12.00 radələrində baş verib. Qəza nəticəsində 19 nəfər xəsarət alıb, onlardan 7-si əcnəbi turistlərdir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər