Səbayıl "Səbail"ə 3 top vurdu, komandası 6

Səbayıl "Səbail"ə 3 top vurdu, komandası 6

Bu gün Azərbaycan I Divizionunda XXV turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.

MOİK-in “Neftçi-2” ilə oyununda qalib müəyyənləşməyib. “Kəpəz” səfərdə “Zaqatala” üzərində qələbəyə sevinibsə, “Turan Tovuz” “Səbail”in əvəzedicilərini 6 cavabsız qolla yenib. Maraqlıdır ki, tovuzluların qollarından üçünü Səbayıl Bağırov vurub.

“Qarabağ”ın ikinci komandası “Qəbələ-2” ilə dueldən inamlı qələbə ilə ayrılıb. “Şamaxı-2” “Zirə”nin əvəzedicilərini böyük hesabla məğlub edibsə, “Sabah-2” də “Sumqayıt”ın əvəzedici komandasını məğlub yola salıb.

I Divizion XXV tur

11 may

Qəbələ-2 – Qarabağ-2 0:2 Qollar: Nəriman Axundzadə, 49; 78. Hakimlər: Nicat İsmayıllı, Ruslan Quliyev, Teymur Teymurov, Elvin Bayramov Qəbələ şəhər stadionu

Sabah-2 – Sumqayıt-2 2:0 Qollar: İldar Ələkbərov, 55. Kamran Quliyev, 76. Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Taleh Məmmədov, Emin Əliyev “Bank Respublika Arena”

Zaqatala – Kəpəz 0:1 Qollar: Bəhruz Teymurov, 69. Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Vüqar Bayramov, Namiq Bəkirov Zaqatala Olimpiya İdman Kompleksinin stadionu

MOİK – Neftçi-2 1:1 Qollar: Elvin Nəsibov, 50 – Xəqani Sadıxov, 1. Hakimlər: İnqilab Məmmədov, Elman Kərimov, Tərlan Talıbzadə, Səbuhi Bayramov Binə qəsəbə stadionu,

Zirə-2 – Şamaxı-2 1:4 Qollar: Nicat Məmmədov, 29 – Fuad Bayramov, 7. Qurban Səfərov, 19; 90. Tural Axundov, 76. Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Əli Əliyev “ASK Arena”

Səbail-2 – Turan Tovuz 0:6 Qollar: Səbayıl Bağırov, 2; 41; 86. Sadiq Şəfiyev, 13; 19; 69. Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Kərim Zeynalov, Cavid Cəlilov “ASCO Arena”

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər