"Səbail"in yeni vingeri neçə nömrəli formanı geyinəcək?

"Səbail"in yeni vingeri neçə nömrəli formanı geyinəcək?

“Səbail”lə 1,5 illik müqavilə bağlayan Madi Queta nömrə seçimini edib.

Fanat.Az xəbər verir ki, məlumatı "dənizçilər"in mətbuat xidməti yayıb.

Qvineya-Bissau yığmasının üzvü olan  vinger Bakı təmsilçisində 7 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Queta son olaraq Portuqaliyanın II divizion təmsilçisi “Mafra”da çıxış edib. “Portu”nun yetirməsi olan 25 yaşlı futbolçu Portuqaliyanın U-15, U-16, U-17, U-18, U-19 və U-20 millilərinin şərəfini qoruyib. o, 2022-ci ildən Qvineya-Bissau yığmasına çağırılır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər