"Səbail"in yeni transferinin durumuna aydınlıq gəldi - AÇIQLAMA

"Səbail"in yeni transferinin durumuna aydınlıq gəldi - AÇIQLAMA

Məşqdə dizindən xəsarət alan "Səbail"in yeni hücumçusu Amil Yunanovun durumuna aydınlıq gəlib. 

Bakılıların baş məşqçisi Şahin Diniyevin Fanat.Az-a verdiyi məlumata görə, 30 yaşlı forvardın zədəsi ciddi deyil: "Amil məşqdə dizindən zədələndi, həkimlər müdaxilə etdilər. Müayinə ciddi nəsə olmadığını göstərdi. Amma yarasına tikiş qoyulduğu üçün məşqlərdən bir neçə günlük azad etdik. Ümidvaram ki, üç-dörd günə çalışmalara başlaya biləcək".

Qeyd edək ki, Amil Yunanov "Səbail"ə yay fasiləsində "Şamaxı"dan transfer olunub. O, “Şamaxı”ya 2021-ci ilin yayında məhz Bayıl təmsilçisindən keçmişdi. Forvard karyerası ərzində “Sumqayıt” və “Qəbələ”nin də uğurları üçün çalışıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər