"Səbail"in yeni saytı istifadəyə verilib

"Səbail"in yeni saytı istifadəyə verilib

Premyer Liqa klubu "Səbail"in yeni saytı istifadəyə verilib.

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisinin saytında əsas, əvəzedici heyətlə yanaşı, akademiya və qızlardan ibarət komanda haqqında da məlumatların yer alıb. 

Qeyd edək ki, “Səbail”in internet ünvanında ötən ilin sonundan problem yaranmışdı. Klub yenilikləri sosial şəbəkə hesablarından çatdırırdı. O vaxt klub bunu texniki problemlə, eyni zamanda saytın kiberhücuma məruz qalması ilə əlaqələndirmişdi. Beləliklə, saytın yenilənməsi, yeni serverin qurulması 10 ay davam etdi.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər