"Səbail"in vitse-kapitanı əməliyyat olundu

"Səbail"in vitse-kapitanı əməliyyat olundu

 “Səbail”in müdafiəçisi Cabir Əmirli əməliyyat olunub.

Bu barədə Fanat.Az-a Bayıl klubunun mətbuat xidmətindən məlumat verilib.

O, Türkiyədə cərrahi müdaxiləyə məruz qalıb.

Komandanın vitse-kapitanı son məşqlərin birində sıradan çıxıb. Futbolçunun zədəsi ciddi olduğundan əməliyyata ehtiyac duyulub.

Futbolçunun qışa qədər “dənizçilər”ə kömək edə bilməyəcəyi gözlənilir.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər