"Səbail"in stadionunun süni qazonu dəyişdiriləcək

"Səbail"in stadionunun süni qazonu dəyişdiriləcək

AFFA "Səbail" klubunun ev oyunlarını keçirdiyi Bayıl stadionunun sıradan çıxmış ot örtüyünü dəyişdirəcək. 

Fanat.Az xəbər verir ki, futbol qurumu bununla bağlı tender elan edib.

105mX68m ölçülü süni örtüklü futbol meydanları Mingəçevir və Tovuzda da salınacaq.

Tenderə 10 dekabr saat 17:00-da yekun vurulacaq. Qalib şirkət üçün quraşdırma tarixləri kimi aprel - iyun 2022-ci il müəyyənləşdirilib.

Qeyd edək ki, Bayıl stadionunda ot örtüyünün hazırkı durumu Azərbaycan Premyer Liqasındakı digər komandaların narazılığı ilə qarşılanıb. Onlar etirazlarını vaxtaşırı dilə gətiriblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər