"Səbail"in sabiq qapıçısı MLS çempionunda - RƏSMİ

"Səbail"in sabiq qapıçısı MLS çempionunda - RƏSMİ

Vaxtilə Azərbaycan çempionatında çıxış etmiş qvatemalalı qapıçı Nikolas Hagen karyerasını ABŞ-da davam etdirəcək.

Fanat.Az xəbər verir ki, "Səbail"in keçmiş qolkiperi MLS çempionu "Kolumbus"a transfer olunub.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. 

Qvatemala yığmasının "1 nömrə"sinin son ölkə çempionu ilə anlaşmasının detalları açıqlanmayıb. 

O, ötən ilin noyabrında İsrailin "Bnei Şahin" klubundan ayrıldıqdan sonra klubsuz idi.

Qeyd edək ki, Hagen 2020/2021 mövsümündə "Səbail"in şərəfini qoruyub. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər