“Səbail”in məşqçisi: "Qələbəyə bərabər heç-heçədir"

“Səbail”in məşqçisi: "Qələbəyə bərabər heç-heçədir"

Azərbaycan Premyer Liqasının XIII turunda  "Səbail” səfərdə "Keşlə"nin qonağı olub. 

Fanat.Az xəbər verir ki, qonaqların məşqçisi Vüqar Məmməd 2:2 hesabı ilə bitən matç haqda danışıb:

"İki fərqli hissə izlədik. Hesabda geri olsaq da, fasilədən sonra müəyyən dəyişikliklər etdik. Qələbəyə bərabər heç-heçə əldə etdik.

Bir sıra itkilərimiz var idi. Rəqib komandanın futbolçusu Anatol Abanq qırmızı vərəqə aldıqdan sonra təşəbbüsə tam yiyələndik və istəyinizə çatdıq".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər